Maşında intim münasibətdə olan qızlar tutuldular
Avtomobildə intim münasibət yaşayan cütlük cəzalandırılıb.
AzNews.info milli.az-a istinadən xəbər verir ki, Malaziyada avtomobildə intim münasibətdə olarkən yaxalanan lezbiyan cütlük şəriət qaydaları ilə cəzalandırılıb.
İctimai yerdə əxlaqsızlıqla məşğul olan qızlar 100 nəfərlik qrupun gözü qarşısında qamçılanıblar. Onların hər birinə 6 dəfə qamçı vurulub.
Həmçinin onlar 700 dollara yaxın pul da ödəyiblər.
Malay Mail-in yazdığına görə, adı açıqlanmayan qızların qamçılanma müddəti 10 dəqiqə davam edib.
"Belə məsələlərə görə insanın qamçılanmasında məqsəd onu incitmək deyil, dərs vermək, ağıllandırmaqdır", - müsəlman vəkillər birliyinin sədri Əbdul Rahim söyləyib.
Mənbə:> Milli.Az