Rusiyada xəbərçiliyə görə pul veriləcək
Ruslar cinayətin açılmasına və günahkarların tutulmasına görə bir neçə milyon rubl mükafat qazana biləcəklər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya daxili işlər nazirinin bununla bağlı müvafiq əmri avqustun 27-dən qüvvəyə minib.
Mükafatın məbləği 50 mindən 10 milyon rubla qədərdir. Bununla yanaşı, 500 min rubla qədər olan mükafatlar DİN-in ərazi orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən, 3 milyon rubla qədər daxili işlər nazirinin müavini tərəfindən, 3 milyondan yuxarı mükafatlar isə nazirin özü tərəfindən verilən qərarla təyin edilir.
Pullar nağd və ya bank hesabı vasitəsilə əldə ediləcək.
Bu günə qədər polis təhlükəli cinayətkarla bağlı məlumat verən şəxslərə müstəsna hallarda mükafat verirdi.
Mənbə:> Virtualaz.org