Bakıda 2340-dan çox şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş
Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı işığından keçmə ilə bağlı yol - hərəkəti qaydalarının pozuntularının sayı açıqlanıb.
Bu haqda modern.az saytına Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə 2344 qayda pozuntusu aşkarlanıb.
"Həmçinin bu ilin avqustun 12-dək qeydə alınan pozuntuların 19 min 327-i məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub”-deyə V.Əsədov bildirib.
Mənbə:> Modern.Az