İctimai yerlərdə cinsi əlaqəyə icazə verildi - Meksikada
Meksikanın Qvadalaxara şəhərinin hakimiyyəti ictimai yerlərdə sekslə məşğul olmağa icazə verən qanunu qəbul edib.
AzNews.info xəbər verir ki, bu qanunun qüvvəyə minməsindən sonra polis ictimai yerlərdə sekslə məşğul olanları saxlaya və cərimə edə bilməyəcək. Amma belə hərəkətlər başqa sakinlərin şikayətlərinə və iddialarına səbəb olmamalıdır.
Hakimiyyətin bəyanatına görə, polis cinayətkarlıqla mübarizəyə diqqət ayırmalıdır, mehmanxanalarda nömrə ala bilməyən insanları narahat etməməlidir.
Mənbə:> Publika.az