“Xətai” metrosu təmirə bağlanır
"Xətai" metrostansiyası təmirə bağlanacaq.
AzNews.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək:
"Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub".
Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.
Mənbə:> Sputnik Azərbaycan