Zibil yığırdı, dollarla dolu pul qabı tapdı
Türkiyədə zibil yığan bir nəfər dollarla dolu pul qapı tapıb.
AzNews.info yenicag.az-a istinadən xəbər verir ki, Bəyoğlu Bələdiyyəsinin təmizlik işçisi olan Metin Karadeniz İstiqlal küçəsində çalışarkən pul qabı tapıb. O, pul qabını açarkən içində 1700 dollar olduğunu görüb.
Bu barədə bələdiyyə rəhbərliyinə məlumat verən Karadeniz onların da iştirakı ilə birgə pul qabını Taksim Polis Mərkəzinə təhvil verib. Hazırda onun sahibi axtarılır.
Pul qabından onun kimə məxsus olduğuna dair heç bir sənəd çıxmayıb. Amma ehtimal olunur ki, itən pullar hansısa əcnəbiyə məxsusdur.
Böyük insanlıq dərsi nümayiş etdirən Metin Karadenizin ailəsiylə birgə yaşadığı və bu işinə 2 ay öncə başladığı bildirilir.
Mənbə:> Yeniçağ.az