Xəzərdə qayıqla itkin düşmüş şəxsin axtarışları davam etdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Xəzərdə qayıqla itkin düşmüş şəxsin axtarışları davam etdirilir

Xəzərdə qayıqla itkin düşmüş şəxsin axtarışları davam etdirilir


Avqustun 7-də Sumqayıt şəhəri ərazisindən qayıqla dənizə çıxmış və geri qayıtmamış 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdürrəhim oğlunun axtarışları davam etdirilir.

AzNews.info bildirir ki, Report-un FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda nazirliyin Aviasiya dəstəsinin "Mi-17" helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Xəzəryanı ölkələrin (Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan Respublikaları) müvafiq qurumları ilə itkin düşmüş Azərbaycan vətəndaşının axtarışları ilə əlaqədar mütəmadi məlumat mübadiləsi aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *