"İçinə cin girdi" deyib qızı 15 il mağarada saxladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

"İçinə cin girdi" deyib qızı 15 il mağarada saxladı – FOTO

"İçinə cin girdi" deyib qızı 15 il mağarada saxladı


İndoneziyanın Sulavesi adasında 13 yaşında qaçırılıb 15 il mağarada əsir tutulan qadını polis xilas edib.

AzNews.info "ölkə.az"-a istinadən bildirir ki, hadisə ilə bağlı 83 yaşlı bir sehrbaz saxlanılıb. Jaqo ləqəbli sehrbaz loğman olduğunu iddia edir və insanların içinə girən cini çıxardığını deyir. Əgər onun günahı sübuta yetirilsə, 15 illik həbsə məhkum ediləcək.

Polisin xəbərinə əsasən, ailəsi 2003-cü ildə adı açıqlanmayan qızlarını müalicə üçün Jaqonun yanına aparıb. Jaqo bildirib ki, uşağın içinə cin girib və qız evi tərk edib onunla gəlməlidir. Bir neçə aydan sonra qızlarını axtaran ailəyə onun Cakartaya getdiyini deyib. Amma qızı tapmaq mümkün olmayıb. Jaqo qıza müntəzəm olaraq "içinə cin girib" deyərək mağarada saxlayıb. O, qızı dəfələrlə zorlayıb.

Polis isə yerli qəzetdəki xəbərdən sonra hərəkətə keçərək Jaqonun evinin yanındakı mağaradan 28 yaşlı qızı tapıb.

"İçinə cin girdi" deyib qızı 15 il mağarada saxladı

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *