Bələdiyyə başqanı “Twitter”dən köməyə çağırır: “Allahım, yardım et, batırıq”
Türkiyənin Rizə bölgəsində dünən axşam saatlarından başlayan güclü leysan yağışları daşqına səbəb olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bölgənin Muradiyyə qəsəbəsi dərənin daşması nəticəsində tamamilə su altında qalıb. Qəsəbənin bələdiyyə başqanı Musa Süreyya Balcı özünün Tvitter hesabından Allahı köməyə çağırıb: “Allahım, yardım et, batırıq”.
Bu gün də ara verməyən leysan yağışları və təbii fəlakətlə bağlı bölgəyə çoxsaylı xilasedici, texnika göndərilib. Daşqınlar nəticəsində evlər su altında qalıb, maşınları, ev heyvanlarını sel aparıb. Hakimiyyət orqanları bu gün yeni daşqınlar ola biləcəyi haqda xəbərdarlıq edir.
Mənbə:> Virtualaz.org