“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir. Bu filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub. Müasir və işıqlı filial binalarında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu yaradılıb. Bütün bunlarla yanaşı, filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb.

ASC-dən Trend-ə verilən məlumata görə, dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzuli filialları avtobusla təmin olunub. Bu ilin sonuna qədər fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələri alınaraq artıq ölkəmizə gətirilib.

“Azərxalça”nın aldığı 18 ədəd “Hyundai” markalı avtobus sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir. Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

Yeni nəqliyyat vasitələri toxucuların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcək.
“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub
“Azərxalça”nın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *