Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur – İDDİA

Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur


Bir neçə aydır ki, Kürdəmir rayonundan 400 nəfərin kollektiv müraciətinə heç bir qurum reaksiya verə bilmir. Rayonun şəhidlərindən birini Sığırlı kənd sakini, aptek biznesi ilə məhşur olan Sabit Məmmədov təhqir edib, onun ünvanına nəlayiq ifadələr işlədib. Kənd camaatı bir neçə dəfə İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına müraciət etsələr də Sabit Məmmədova hamilik edənlər əksinə çoxalıb. Təbii ki, burada Sabitin çox imkanlı sahibkar olması xüsusi rol oynayıb. Eyni zamanda Ədliyyə Nazirliyində bir əvvəl xidmət rəisi işləmiş Ağamməd İbişov müəyyən qurumlardan S.Məmmədova zəmanət alıb ki, ona güldən ağır söz deyilməsin.

Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur


Belə ki, Sabit Məmmədov bir neçə ay öncə 1992-ci ildə Şuşada gedən döyüşlərdə itkin düşmüş və şəhid statusu almış Quliyev Cavanşir Qədir oğlunu ailəsinin və kənd camaatının yanında təhqir etmişdir. O, şəhidin oğluna bir daha atasını təhqir etdikdən sonra, qabaqdangəlmişlik edərək, həm polis orqanlarına, həm də Hərbi Prokurorluğa şikayət etmişdir. Hərbi Prokurorluğa şikayətində guya Cavanşir Quliyevin 1988-ci ildə döyüş adı ilə başqa yerə getdiyi və saxta şəhidlik statusu aldığını iddia etmişdir. Halbuki bütün kənd və rayon ictimaiyyəti bilir ki, C.Quliyev ilk dəfə 1992-ci ildə Şuşaya getmiş və ağır döyüşlərdə iştirak etmiş, sonrada itkin düşmüşdür. Döyüş yoldaşlarının verdiyi məlumata görə, o Nəbilər kəndində gedən döyüşlərdə yüksək sücayət göstərmiş, yaralı hərbiçi yoldaşlarının xilası üçün çalışmış, ermənilər kəndi işğal edənə qədər vuruşmuşdur. Ordumuzun çox üzvünün şəhid olduğu və itkin düşdüyü bu döyüşdə sonra C.Quliyevdən də xəbər almaq mümkün olmamışdır. Bu günlərdə Tərtər Hərbi Prokurorluğu da məktub göndərib, C.Quliyevlə bağlı iddianın əsassız olduğunu sübut etmişdir.


Müraciətçiləri hiddətləndirən səbəb S.Məmmədovun şəhidi təhqir etməsi, onun timsalında bütün şəhidlərin ruhuna hörmətsiz yanaşması olmuşdur.

Qeyd edək ki, Sabit Məmmədova qarşı əvvəllər bir neçə dəfə dələduzluq maddəsi ilə cinayət işi başlasa da, sonradan dayandırılmışdır.


Hazırda Cavanşir Quliyevin ailəsi və yaxınları böyük sarsıntı içərisindədirlər. Onların əziz insanlarını təhqir edən şəxs isə əlini-qolunu sallayaraq, heç nə olmamış kimi ortalıqda gəzir, lazım gələndə istədiyi instansiyalar vasitəsilə hədə-qorxu gələrək, ondan şikayət edilməməsini istəyir.


Mətbuat vasitəsilə müvafiq qurumlara üz tutan şəhid ailəsi və kənd camaatı dönə-dönə xahiş edir ki, həmin şəxslə bağlı ciddi ölçü götürülsün.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *