Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar artırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar artırıldı

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar artırıldı

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.

Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib.

Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov sayta bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *