Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı dövlət rüsumu artırılmayıb – AÇIQLAMA
“ASAN Xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı dövlət rüsumları artırılmayıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib.
“Əslində bu informasiyalar köhnədir. Bununla bağlı yeni qanun 2015-ci ilin dekabrın 1-də qüvvəyə minib”, - deyə o qeyd edib.
Qeyd edək ki, KİV-də yazılan məlumata görə, “Asan Xidmət” Mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi il bağlı dövlət rüsümları 2 dəfədən çox artırılıb.
Xatırladaq ki, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Məlumat üçün bildirək ki, bu il dekabrın 1-dən qüvvəyə minən “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
Mənbə:> Oxu.Az