Ruslara pomidora toxunmağa icazə veriləcək
Moskva Dövlət Universitetinin “Əczaçı bostanı” botanika bağında sensor bostan açılacaq. Burada Moskva sakinləri tərəvəzlərə toxuna və onların dadına baxa biləcək.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə merin saytında qeyd edilib.
Bildirilir ki, sensor bostan iyulun 17-də açılacaq. Əvvəlcə pomidor və bibərlərin bir neçə növü nümayiş olunacaq. Daha sonra isə kələm, badımcan və balqabağın da əkilməsi planlaşdırılır.
“Müasir dövrdə uşaqlar meyvə və tərəvəzlərin neçə yetişdiyindən xəbərsizdir. Uşaqları bağçılıq, əkinçilik mədəniyyəti, ümumilikdə isə təbiətlə tanış etmək istəyirik”, - deyə “Əczaçı bostanı” botanika bağının direktoru Aleksey Reteyum bildirib.
Mənbə:> Oxu.Az