Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Foto

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər – FOTO

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər



Dünya dövlətlərinin liderləri, prezidentləri, baş nazirləri bahalı avtomobillərdən istifadə edirlər.
Bu avtomobillər bir sıra kriteriyalara görə seçilir. “Ölkə.Az” bu gün oxucularına dünya liderlərinin istifadə etdiyi avtomobilləri və onların qiymətini təqdim edir.

Keniya- “Mercedes-Benz Pullman S600”
Qiyməti-50.000 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Keniyada dövlət rəsmiləri daha çox “Mercedes” markasına üstünlük verirlər. “Pullman S600” isə dünyanın ən bahalı limuzinlərindən biridir. V8 obrazlı, 6.3 litr həcmli avtomobil zirehlidir. Maksimal sürəti 220 km/saatdır.

İtaliya- “Lancia Thesis”
Qiyməti-65.709 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Avtomobil 6 pilləli, turbogücləndiricili, güclü mühərriklə təchiz edilib. Maksimal sürəti 222 km/saatdır. İçində mini-bar, soyuducu, GPS və peyk naviqasiya sistemi, internet var. 2014-cü ildə baş nazir bu maşını satışa çıxarmışdı.

Yaponiya- “Toyota Century Royal”
Qiyməti- 85.000 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Yapon hökuməti nəqliyyat seçiminə ciddi yanaşır. Seçimləri isə “Toyota”dır. Bu avtomobilin gülləkeçirməz kuzovu, rahat solun var. V12 obrazlı, 48 klapanlı mühərriki var. Bundan başqa Yakudzalar da bu maşını çox xoşlayırlar.

Sinqapur- “Mercedes-Benz S350L”
Qiyməti- 85.995 dollar

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Sinqapur prezidenti 2010-cu il istehsalı olan “Mercedes-Benz S350L” avtomobilindən istifadə edir. Gecə görüntüsü, toqquşma qurğusu, zirehli kuzovu vəs. üstünlükləri var.

Özbəkistan- “Range Rover Supercharged”
Qiyməti-103.195 dollar

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Dövlət başçısının sifarişi ilə zirehlənib. Turbogücləndiricili mühərriki olan maşın istənilən yolda asanlıqla hərəkət edir. Ən yeni texnologiya, GPS, peyk texnologiyası ilə təchiz edilib.

Mərakeş- “Mercedes 600 Pullman”
Qiyməti- 120.384 dollar

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Mərakeş kralı II Həsənin sifarişi ilə alınıb. 6.3 litr həcmli, V8 obrazlı mühərriklə təchiz edilib. 6 qapısı var.

Cənubi Koreya- “Hyunday Equus VL 500 Limousine”
Qiyməti- 122.180 dollar

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər



Cənubi Koreyanın ilk zirehli limuzinidir. Asiyalı liderin təhlükəsizliyini qoruyur. Bu maşın 15 kq trotil partlayışına dözür.

Norveç- “Binz Limousine”
Qiyməti- 128.351 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


İlk dəfə Norveçdə 2012-ci ilin sonunda peyda olub. Kral V Harald yeni maşınını təqdim edib. Uzaq səfərlər üçün əladır. Təhlükəsizlik yüksək səviyyədədir. Avtomatik dayanma və mühərriki işə salma sistemi yanacağa qənaət etməyə imkan verir.

Bruney- “Rolls Royce Phantom VI”
Qiyməti- 148.645 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Bruney sultanına məxsusdur. “Rolls Royce”un sonuncu modelidir. SU tipli karbürator, V8 tipli mühərrik, 4 pilləli avtomatik sürətlər qutusu var. Sultandan başqa İran şahı Məhəmməd Rza Pəhləvi, Uels şahzadəsi, Kornuoll hersoginyası, Keyt Middlton da bu maşından istifadə edib.

Almaniya- “Mercedes-Benz S600L”
Qiyməti-174.890 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Almaniyada hökumət başçıları bu maşından istifadə edir. İşıq diodlu işıqlanma, aerodinamik kuzov, yeni texnologiya, sensorlu ekran, yolu incələyib sürücüyə məlumat vermə kimi xüsusiyyətləri var.

Hindistan- “Mercedes-Benz S600(W221) Pullman Guard”
Qiyməti-180 min dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Baş nazirin istifadə etdiyi avtomobildir. Klassik dizayn, yumşaq oturacaqlar xüsusi hazırlanıb. Güclü zirehi var. Əl qumbarası və “AK 47” güllələri təsir etmir. Standart GPS, peyk naviqasiyası da var.

Filippin- “Mercedes-Benz W221”
Qiyməti- 250.547 dollar

Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


17 düymlük orijinal disklər, avtomatik sürətlər qutusu və əla mühərrik. Filippinin keçmiş və indiki prezidentlərinin seçimi məhz bu modeldir. Dörd qapılı avtomobil güclü əyləc sistemi, toqquşmanın qarşısını alan ötürücülər, gecə görüntü sistemi və digər sistemlərlə təchiz edilib.

Rusiya- “Mercedes S-Class Limousine”
Qiyməti- 251.417 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Rusiya prezidenti Vladimir Putin yaxşı avtomobil həvəskarıdır. Sifarişlə hazırlanan “S-Class” isə kosmik gəmini xatırladır. Sükanda qızıl qartal var. Dünyada ən yüksək müdafiə sinfinə məxsus avtomobildir.

Malayziya- “Maybach 62”
Qiyməti- 394.000 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Malayziyanın kral ailəsi bu maşına üstünlük verir. Salon biznes-sinif üslubundadır və soyuducu, mini-bara sahibdir. Təhlükəsizlik sistemi, yeni texnologiya ilə təchiz edilib.

Böyük Britaniya- “Jaguar XJ Sentinel”
Qiyməti- 455.025 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Birləşmiş Krallığın baş nazirinin rəsmi avtomobilidir. Zirehli maşın 5 litr həcmli, V8 obrazlı mühərriklə təchiz edilib. Bir sıra detal və funskiyası isə dövlət sirri kimi qorunur və məlumat verilmir.

Tayland- “Maybach 62 Limousine”
Qiyməti- 500 min dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Tayland kralı və kral ailəsinin üzvləri ancaq bu maşından istifadə edirlər. Avtomobil V12 obrazlı mühərriklə, DVD və CD sistemi, soyuducu, çaxır çəkməcəsi ilə təchiz edilib.

Vatikan- “Mercedes-BenzM-Class”
Qiyməti- 524.990 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Roma papasının maşını da dünyanın ən bahalı maşınlarından biridir. Xüsusi sifarişlə hazırlanıb. Adətən asta sürətlə hərəkət edir. Amma əslində maksimal sürəti 250 km/saatdır.

Çin- “Hongqi Limousine”
Qiyməti- 801.624 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


Çinin ən bahalı avtomobilidir. “Hongqi” Çin dilindən tərcümədə qırmızı bayraq mənasını verir. 8 pilləli sürət qutusu, turbogücləndiricili V8 tipli mühərrik 381 at gücü hasil edir. 100 km/saat sürəti 8 saniyəyə əldə edir. Maksimal sürəti 220 km/saatdır.

ABŞ- “Cadillac One”
Qiyməti 1.500.000 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


ABŞ prezidentləri üçün “General Motors” şirkəti tərəfindən istehsal edilir. Tam zirehlidir. Avtomobildə prezidentin qan qrupuna uyğun qan ehtiyatı da saxlanılır. Eyni zamanda fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş oksigen balonu da var.

İngiltərə- “Bentley State Limousine”
Qiyməti- 15.167.500 dollar


Dünya liderlərinin istifadə etdiyi ən bahalı avtomobillər


İngiltərə kraliçasının maşınıdır. Bu avtomobil kraliça üçün lazım olan hər şeylə təmin edilib. “Bentley” kraliça üçün xüsusi istehsal edilib. Avtomobilin qapıları 90 dərəcə açılır. Təhlükəsizlik isə birinci dərəcələdir.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *