"Mercedes"-in yeni "Coupe S Class" modeli – FOTO
"Mercedes-Benz" şirkəti "Coupe S Class" modelini gələn il satışa buraxacaq.
"Ölkə.Az" xəbər verir ki, restaylinqdən sonra avtomobilin qiyməti bir az bahalaşıb.
Bamperin vizual görüntüsü, işıq qrafikası dəyişdirilib. Bundan başqa "OLED" işıq diodlu fənərlər əlavə edilib. Salonda isə sensor paneli olan sükan peyda olub.
"S400" indeksi "S450" ilə əvəz edilsə də, mühərrik eyni qalıb. Kapotun altında 3 litr həcmli, V6 tipli tvin turbo mühərriki var. Aqreqat 367 at gücü hasil edir.
"S560" modeli isə 4 litr həcmli, V8 tipli turbo mühərriklə təchiz edilib. Aqreqat 469 at gücü hasil edir. Hər iki model 9 pilləli "9G-Tronic" sürətlər qutusu ilə təchiz edilib.
Mənbə:> Ölkə.Az