Dünən bütün avtobuslar pulsuz idimi? – VİDEO FAKT
“Bütün avtobuslara göstəriş verilib ki, bu gün heç kimdən pul alınmasın".
Bunu Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən həm nağd ödənişlə, həm də kart ilə işləyən bütün avtobuslar sərnişinlərdən ödəniş qəbul etməyəcək.
Redaksiyamıza daxil olan digər məlumata görə isə, avtobusların heç də hamısı bu göstərişə əməl etmir. Məsələyə aydınlıq gətirmək üçün “Kommersant.Az”ın xüsusi çəkilişi qrupu paytaxtda kiçik bir izləmə aparıb. Nəticədə məlum olub ki, redaksiyaya daxil olan məlumat doğrudur və həqiqətən də avtobusların bir qismi göstərişdən kənar “ödəniş” yığır.
Hətta çəkiliş zamanı öz ciblərinə “ianə” yığan bəzi avtobus sürücüləri əməkdaşımızı görən kimi sərnişinlərdən pul almağı dayandırıb. Videodan da görəcəyiniz kimi, bəzi sürücülər isə ödəniş etmədiyi üçün sərnişinləri avtobusdan endirir. Qeyd edək ki, çəkiliş zamanı əməkdaşımıza kobudluq göstərənlər də olub.
Prosesi ətraflı olaraq “Kommersant TV”nin video-süjetindən izləyə bilərsiniz:
Mənbə:> Kommersant.Az