Yol polisi sürücülərə müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi


Azərbaycanda elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin təhlükəsizliyi üçün gücləndirilmiş iş rejiminə keçib.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı yol polis idarəsi bütün qüvvələrini səfərbər edilib:

"Yollarda nəzarət gücləndirilib. Panikaya səbəb yoxdur. İndiyə qədər olan məlumata görə, hər hansı bir ağır yol qəzası qeydə alınmayıb. Dünən də ağır yol qəzası qeydə alınmayıb. Lakin gecə saat 3-də bir piyadanı maşın vurub".

Vaqif Əsədov qeyd edib ki, işıqforların işləməməsi səbəbindən sürücülər qaydalara özləri riayət etməlidir:

"Qəza hallarının qarşısını almaq məqsədilə sürücüləri son dərəcə diqqətli olmağa çağırırıq".

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *