Bakıda bütün svetoforlar işləyir, ancaq su təchizatında fasilələr var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda bütün svetoforlar işləyir, ancaq su təchizatında fasilələr var

Bakıda bütün svetoforlar işləyir, ancaq su təchizatında fasilələr var

Gecə saatlarından paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir. Hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.
Yollarda problem aradan qalxsa da Mingəçevir İES-də baş vermiş qəzanın nəticəsi olaraq paytaxtın su təchizatında fasilələr yaranıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb.

"Bildiyiniz kimi, Oğuz-Qəbələ su kəmərində quyulardan su çıxarılır və nasoslar elektrik enerjisinin köməyi ilə işləyir. Demək olar ki, şəhərdaxili nasos stansiyalarında iş dayanmışdı.Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq. Yaxın saatlarda Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq. Ona görə də hazırda şəhərin böyük hissəsində su təchizatında problemlər mövcuddur. Bilirsiniz ki, Mingəçevirdə elektrik enerjisi qoşularkən qısa müddət ərzində, 3 saniyə ərzində Bakıda elektrik enerjisinin verilişi bərpa olunur. Amma suyu kürdən Bakıya gətirmək üçün boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq, - deyə "Azərsu" rəsmisi vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *