Avropanı ensefalit gənəsi basıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Video

Avropanı ensefalit gənəsi basıb – VİDEO

Avropanı ensefalit gənəsi basıb


May və iyun aylarında Avropada ensefalit gənələrinin aktivliyi kəskin şəkildə artıb.

Oxu.Az xəbər verir ki, bu haqda Euronews məlumat yayıb.

Avropada hər il gənə ilə keçən ensefalitlə əlaqədar 12 minə qədər kliniki hal qeydə alınır. Ancaq mütəxəssislər rəqəmlərin süni şəkildə aşağı salındığına əmindir.

Xəstəliyə səbəb olan gənələrə təkcə sıx meşədə deyil, şəhər parkında da rast gəlmək olar:

“Mən itim üçün xüsusi kremdən istifadə edirəm. Həmçinin ona gənələri qovan xalta almışam. Ancaq itə allergiya verdiyi üçün sonradan çıxarmalı oldum.

Yazda-yayda onu hər gəzintidən sonra diqqətlə yoxlayıram, ümid edirəm, bu parkda ensefalit gənəsi rastımıza çıxmaz.”, -deyə Budapeşt sakini bildirib.

Ölkədə ensefalitə yoluxma nisbəti hər 100 min nəfər beş yoluxma halıdır. Ümumdünya səhiyyə təşkilatı bütün yaş qrupları o cümlədən, uşaqlar üçün immunizasiyanın aparılmasını tövsiyə edir.

Həmçinin meşədə gəzərkən qapalı geyimin geyilməsi, gənələrin yüksək fəal olduğu fəsillərdə xüsusi vasitələrdən istifadə məsləhət görülür.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *