Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...”

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...”


"Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir”.
Publika.az xəbər verir ki, bu sözləri keçən həftə ağciyərində 5 sm şiş aşkar olunan və təcili xəstəxanaya yerləşirilən aparıcı və "Həyat” fondunun təsisçisi Hacı Nuran Hüseynov instaqram hesabında yazıb. Hazırda müalicəsini Almaniyada davam etdirən Hacı Nuran Bakıda özəl xəstəxanada yatarkən dostlarının ona sürpriz edərək palatasına ağ poni gətirməsinin birmənalı qarşılanmamasına təəsüfləndiyini gizlətməyib. O, sözlərinə belə davam edib:
"Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə sağ olun deyirəm, haqqınızı halal edin. Kim məni sevindirmək üçün nə etdisə çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin - arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm. Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin... Axı kim bilirsə sabah nə olacaq – desin... Heç kəs bilmir. Dostlarımın diqqəti - zarafatları - sürpizlərinə və xəstəliyimə "don” geyindirlərə demək istərdim: ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz. Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdir. Əgər Allaha inanırsınızsa...”

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...”

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *