Bakıda sərnişin 20 qəpikdən ötrü özünü “axırıncı yol”a qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda sərnişin 20 qəpikdən ötrü özünü “axırıncı yol”a qoydu – VİDEO

Bakıda sərnişin 20 qəpikdən ötrü özünü “axırıncı yol”a qoydu


İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib. Avtosfer.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 99 JM 357 nömrəli “İsuzu Citiport” markalı avtobusa daxil olan 23-25 yaşlı gənc ödəniş etmədən avtobusa daxil olmaq istəyib. Sürücü kart vasitəsi ilə gediş haqqının ödənilməsini tələb etdikdə həmin şəxs polis olduğunu deyib və qırmızı rəngli vəsiqə göstərərək ödəniş etməkdən boyun qaçırıb. Digər sərnişinlərin də ödəniş etməsinə mane olan və nitq qüsurlu olduğu görünən gənc qəfil hərəkətlə avtobusun sürücü kabinəsindəki açarını çıxararaq xuliqanlıq edib. Bu zaman açar qırılaraq yararsız hala düşüb.

Hadisə ilə bağlı şirkət tərəfindən hüquq-mühafizə orqanarına müraciət edilib. Nəzərinizə çatdırırıq ki, bütün avtobuslarda video-müşahidə kameraları var. Şirkət sərnişinlərdən ictimai nəqliyyatda qayda-qanunlara əməl etmələrini xahiş edir.


Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *