Bakıda sərnişin avtobusa qoyunla mindi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Bakıda sərnişin avtobusa qoyunla mindi – FOTO

Bakıda sərnişin avtobusa qoyunla mindi


Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.

AzNews.info pressclub.az-a istinadən bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: “Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyunla daxil oldu. Yol boyu qoyun yeri batırdı və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildirdilər ki, a kişi, bu nədi? O da cavab verib ki, qoyundu da, burada nə var ki?!”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: “Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsünüz? Bu, ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi nəqliyyat vasitələri var. Bu, bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə icazə verib, onu anlaya bilmədim”.

Bakıda sərnişin avtobusa qoyunla mindi

Mənbə: Pressclub.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *