“Lady in Pearls” - Bakıda möhtəşəm mirvari kolleksiyası » AzNews.info -Xəbər portalı

“Lady in Pearls” - Bakıda möhtəşəm mirvari kolleksiyası

“Lady in Pearls” - Bakıda möhtəşəm mirvari kolleksiyası


Medina Gallery sizi 30 iyun Milli Sevgililər Günü La Aristocratie Jewellery brendinin bəzək əsərlərindən ibarət “Lady in Pearls” adlı təqdimat gecəsinə dəvət edir. Təqdimat gecəsində siz brendin möhtəşəm mirvari kolleksiyası ilə yaxından tanış olacaqsınız.

La Aristocratie Jewellery - Zərifliyin və saflığın təcəssümüdür. Brendin əl işi olan bəzək əsərləri gözəllik, incəlik və elegantlıq vəhdəti olan Azərbaycan xanımlarının adını daşıyır və xatirəsinə ithaf edilir. Zənginlik hər bir qadının DNC kodundadır, bəzək əşyalarını geyindikdə Siz 20-ci illərə, hökm sürən "Cazz əsrinə" və Frensis Skot Fitzdjeraldın "Möhrəşəm Qetsbi" əsərinin zəngin ballarının epoxasına səyahət edəcəksiniz. Bütün baxışlar Sizin olacaq!!!

Biz qadınlar gah gülürük, gah ağlayırıq, gah kövrəlirik, gah şənlənirik, bir dənizin ləpələrini qovan külək kimi könlümüz min çalara boyanır, yağışlı gündə boz, günəşli gündə qırmızı boyanır qəlbimiz, biz qadınlar sevənik, sevilənik, biz qadınlar Möhtəşəmik! Sadə olmayın xanımlar, hər keçənə qəlb gözəlliyinizi göstərməyin, açarı tapılmayan qapıya bənzəsin qəlbinizin cəvahiratı, yalnız dəyər verənlərə könül nəğmənizi dinlətdirin...sirkə turşusu kimi çatladın tündlüyünüzlə yerləşdiyiniz qablaşdırmanı, uzun illər saxlanılmış şərab kimi dadı dadmaqda qalan olun, silinməz olsun yaddaşlarda ətriniz, baxışınız, dərinliyiniz...bəzən təvazökar, bəzən üsyançı olun, şıltaq olun, əlçatmaz olun, arzu olunan olun, ehtiraslı olun, dağıdın sındırın, amma sadə olmayın...

Uğur yolunda isə Sizin gözəlliyinizi imzalayacaq La Aristocratie Jewellery cəvahirat əsərləri özünüzdən əminliyi və güvəni artıraraq, bütün qapıların açarlarını ayaqlarınız altına atacaqdır!

✔Tədbir 30 iyun 2018-ci il tarixində saat 19:00-da baş tutacaq.
❗ Giriş dəvətnaməylədir.

Ünvan: Firdovsi 14, İçəri şəhər Medina Art
Əlaqə: +99412 437 31 82; +99470 520 00 05 (WhatsApp)
E-mail: medine.qalereyasi@gmail.com

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *