Bakıda kilsədə keşiş ayzaşlı qıza təcavüz etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda kilsədə keşiş ayzaşlı qıza təcavüz etdi

Bakıda kilsədə  keşiş ayzaşlı qıza təcavüz etdi


Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib.

Bu hadisə bir neçə il əvvəl Avropa və ABŞ-dakı katolik kilsələrdə baş verən cinsi zorakılıq hadisələrini xatırladır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.
Bununla bağlı "Sputnik Azərbaycan" Nəsimi rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Məlumatlara görə, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib.

Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət ediyini görməyib. Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib.

O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.

Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb. Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.

Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub.

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.

Mənbə: Sputnik Azərbaycan
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *