DMX: Azərbaycanda qaçqın statusu almış 75 əcnəbi var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

DMX: Azərbaycanda qaçqın statusu almış 75 əcnəbi var

DMX: Azərbaycanda qaçqın statusu almış 75 əcnəbi var

Bu gün - 20 iyun Ümumdünya Qaçqınlar Günüdür. “Report”un xəbərinə görə, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin “Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.

Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib ki, bu gün Ümumdünya Qaçqınlar günü ilə bağlı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində tədbir keçiriləcək. Tədbirdə dövlət orqanlarının, o cümlədən nazirlik, komitə və digər təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli humanitar qurumların, həmçinin qaçqın və köçkün icmaları təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Dövlət Miqrasiya Xidməti Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusunun verilməsi, bu kateqoriyadan olan şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biridir. Hazırda qaçqın statusu almış 75 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.

BMT QAK-ın açıqlamasına görə, 2017-ci ilin sonuna olan məlumata əsasən zorla öz yurd-yuvalarından didərgin düşənlərin sayı 68,5 milyon nəfərdir.

Torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan da hələ keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdəndir. Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *