Yaponiyada 7 bal gücündə zəlzələ olub
Bu gün Yaponiyada 7 maqnitudalı zəlzələ olub.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, zəlzələ Xonsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.
Yaponiya Meteoroloji İdarəsi zəlzələnin ocağının 20 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Mənbə:> Oxu.Az