Bağçada tərbiyəçilər kişilər olsun
Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edib.
O qeyd edib ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir: “Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar”.
Deputat Azərbaycanda da bu istiqamətdə sosial araşdırmalara başlamağı təklif edib.
Mənbə:> Trend