Bakıda avtobus piyadanı vurub öldürdü
Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.
Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Mənbə:> Virtualaz.org