Bakıda qadın sürücü avtomobillə piyadanı vuraraq öldürüb
Bakıda qadın sürücü avtomobillə piyadanı vuraraq öldürüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə:> Oxu.Az