Mərkəzi Nəbatat Bağına gürzələr daraşıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mərkəzi Nəbatat Bağına gürzələr daraşıb?

Mərkəzi Nəbatat Bağına gürzələr daraşıb?

Bakının Yasamal rayonunda yerləşən Mərkəzi Nəbatat Bağına ziyarətə gələnlərə orada gürzə ilanlarının yayılması ilə bağlı xəbərdarlıq olunub.

Ziyarətçilərin virtualaz.org-a bildirdiklərinə görə, onlara müdiriyyət tərəfindən otun üstündə oturmamaları və ehtiyatlı olmaları məsləhət görülüb. Onların sözlərinə görə, təhlükəli gürzələrin bağ ərazisinə yaxınlıqda yerləşən Yasamal qəbiristanlığından keçdiyi ehtimal olunur.

“Uşaqları da götürüb Nəbatat Bağını gəzməyə getmişdik. Əvvəlcə bilet alanda bizə dedilər ki, ehtiyatlı olun, bağda çoxlu gürzələr var. Sonra bir neçə dəfə mühafizəçi bağı gəzərək ziyarətçilərə təhlükəli ilanların ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi. O qədər narahatlıq keçirdik ki, təbiəti seyr etməyə gəldiyimizi belə unutduq”, - deyə adının çəkilməsini istəməyən ziyarətçi bildirib.

Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağının direktor müavini Gilani İsmayılovla əlaqə saxladıq. O, bağda ilanlara rast gəlmədiyini, ümumiyyətlə, hər hansı təhlükəli vəziyyətin olmadığını bildirdi.

“Burada ilanlar yoxdur, olsaydı biz bilərdik və zərərsizləşdirərdik. Bəlkə də, haradasa var, amma mən görməmişəm. Yerdə, otun üstündə oturmaqla bağlı xəbərdarlıq ola bilər, çünki bağdır, burada hansısa həşəratlar, böcəklər ola bilər. Burada həqiqətən də, yaxınlıqda qəbiristanlıq var və oradan bura ilanlar keçə bilər. Amma bu o demək deyil ki, bağı ilanlar bürüyüb. Bu gün bağa xeyli ziyarətçi, xüsusən də, uşaqlar gəlib. Hazırda Nəbatat Bağında heç bir təhlükəli vəziyyət yoxdur”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *