İstirahət günlərinin də hava proqnozu açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti İstirahət günləri üçün hava proqnozunu açıqlayıb.
Virtualaz.org ETSN-ə istinadən bildirir ki, Böyük və Kiçik Qafqazda iki gün ərzində əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq.
Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində iyunun 02-də arabir yağış yağacaq, iyunun 03-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 02-də 17-22, iyunun 03-də 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu iyunun 02-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Bakıda isə iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-də yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 02-də 17-20, iyunun 03-də 21-23 dərəcə isti təşkil edəcək.
Mənbə:> Virtualaz.org