İyunun 11-də Azərbaycanda TV və radio yayımı dayandırılacaq
Azərbaycanın efir məkanında iyun ayının 11-i kompleks profilaktika keçiriləcək.
Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i keçirilib. Növbəti profilaktikalar sentyabrın 3-ü və dekabrın 3-də keçiriləcək.
Mənbə:> Trend