Sumqayıtlı gəncə nazirlikdə vəzifə verildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.
Xeberle.com-un məlumatına görə nazir Muxtar Babayev Fərid İslam oğlu Dəmirovu Audit şöbəsində sektor müdiri təyin edib.
Qeyd edək ki, F. Dəmirov Sumqayıt şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun İdarəetmənin avtomatlaşdırılması fakültəsini bitirib, sonrakı təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində davam etdirib. F.Dəmirov "Azərikimya” İstehsalat Birliyində, eləcə də tabe müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən isə Milli Məclisin deputatı Muxtar Babayev nazir təyin olunanadək onun köməkçisi olub.
23 dekabr 2014-cü ildə isə Sumqayıt şəhər Bələdiyyəsinə üzv seçilib.
Mənbə:> Xeberle.com