Sahibinin qarnı böyüdükcə - evin iti qəribə hərəkətlər etməyə başladı – FOTO
Keola adlı it sahibləri Ricky və Alhanna ilə birlikdə yaşayır. Alhanna 2015-ci ildə ana olacağını öyrənib.
Metbuat.az xəbər verir ki, artıq evin bir üzvünə çevrilmiş Keonna da bu vəziyyəti hiss edib.
Əvvəlcə it sahibinin böyüyən qarnını gördükdə sevinərək oynamağa başlayıb, sahibinin qarnının böyüməsini maraqla izləyib. Keolanın hərəkətləri vaxt keçdikcə dəyişməyə başlayıb. O, tez-tez hürür və inildəyirdi. Sanki nə isə göstərməyə çalışırdı. Bir müddət sonra Alhanna kürəyində bir ağrı hiss etməyə başlayıb.
Müayinə üçün həkimə getsə də, həkim heç bir problem olmadığını bildirib. Həkimin sözlərinə baxmayaraq, Alhannanın içində bir şübhə yaranıb. İtinin niyə belə davrandığından narahat olan Alhanna onunla birlikdə çəkdiyi fotosunu “Facebook”a yükləyib. Dostları itlərin hislərinin güclü olduğunu və başqa bir həkimə getməyi ona məsləhət görüblər.
Alhanna yenidən həkimə müraciət etdikdə hər iki böyrəyində iltihab olduğunu öyrənib. Daha sonra lazımlı müalicələrə başlayan qadın sağlamlığına qovuşub. Alhanna özünün və körpəsinin sağlamlığını Keolaya borclu olduğunu bildirib.
Mənbə:> Metbuat.az