Azər Qasımlıya 30 sutka həbs verildi
Müxalifət ReAl hərəkatının Məclis üzvü Azər Qasımlı Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs olunub.
Virtualaz.org bildirir ki, bu haqda müxalifətçinin vəkili Elçin Sadıqov məlumat verib.
Məlumata görə, Azər Qasımlıya qarşı İnzibati hüquq pozmaları Kodeksinin 535-ci maddəsi üzrə (polis əməkdaşlarının tələblərinə itaətsizlik) ittihamı irəli sürülüb.
***18:14
REAL Partiyası Məclisinin üzvü Azər Qasımlı Yasamal Rayon Polis İdarəsinə aparılıb.
Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə bu qurumun Məclisinin başqa üzvü Natiq Cəfərli məlumat verib.
Onun sözlərinə görə, A.Qasımlı əvvəlcə Baş Prokurorluğa çağırılıb, orada onunla yarım saatlıq söhbəti ediblər. Bundan sonra o, Yasamal Rayon Polis İdarəsinə aparılıb.
Natiq Cəfərli istisna etməyib ki, Azər Qasımlının polisə çağırılması AXC-nin 100-illiyi münasibəti ilə dünən Bakının mərkəzində keçirilən aksiya ilə bağlı ola bilər.
Xatırladaq ki, bir gün əvvəl ReAl hərəkatının üzvləri həmin yubileylə bağlı şəhərin mərkəzində qanunsuz təntənəli yürüş təşkil etməyə çalışıblar. Azər Qasımlı bu marşın iştirakçıları arasında ilk sıralarda, daha doğrusu, onun təşkilatçısı olub.
Mənbə:> Virtualaz.org