Sabah Bakıda yağış gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakıda yağış gözlənilir

Sabah Bakıda yağış gözlənilir


Sabah Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək, martın 23-ü gündüzdən isə hava yenidən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, martın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 22-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *