Sinoptiklərdən 8 marta hava proqnozu
Martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.
AzNews.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istiandən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.
Azərbaycanın rayonlarında martın 8-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında martın 8-də havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti proqnozlaşdırılır.
Mənbə:> AzNews.info