İki gömrük generalı sərəncama göndərildi
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
Məlumata görə, V.Novruzovun yerinə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.
Baba Salayev deputat Hacı Salayevin qardaşıdır.
Mənbə:> Virtualaz.org