Bakıda yenə nömrəsiz maşınlar şütüyür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda yenə nömrəsiz maşınlar şütüyür

Bakıda yenə nömrəsiz maşınlar şütüyür

Dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, hələ də Bakı küçələrində sərbəst hərəkət edən nömrəsiz “Oka” avtomobillərinə rast gəlinir. Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə dövlət qarşısında xidmətlərinə görə paylanan bu maşınlara nömrə vurmadan yollarda sərbəst idarə edirlər. Növbəti belə avtomobili əməkdaşımız mayın 24-də Heydər Əliyev prospektində müşahidə edib.

Əslində, qanunvericiliyə görə, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, onlara nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Virtualaz.org dəfələrlə bu mövzunu işıqlandırıb, DYP rəsmilərinin mövqeyini öyrənib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla mübarizə aparır və qanunu pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar: “Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur”.

Bakıda yenə nömrəsiz maşınlar şütüyür


Qanunvericiliyə görə, əgər hər hansı avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *