Azərbaycanda sovet nömrəsi ilə avtomobil sürənlər var
Hələ də avtomobilini köhnə sovet dövlət nömrə nişanı ilə idarə edən sürücülər var. Bakı kəndlərində və ucqar kəndlərdə rast gəlinən həmin avtomobillər də xüsusən elə sovet istehsalı olan maşınlardı.
Oxu.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, sovet dövlət nömrə nişanı ila avtomobili idarə edən sürücü aşkar edilərsə, ona hansısa cərimə yazılıb sərbəst buraxılmamalıdır.
Məcburi şəkildə avtomobil yenidən qeydiyyata alınmalıdır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə isə, belə avtomobillər təhlükəsiz şəhər kameraları vasitəsi ilə aşkar edilirsə, dərhal həmin ərazi üzrə xidmətdə olan yol ptarul avtomobillərinə xəbər verilir və yol hərəkətindən kənarlaşdırılır.
Mənbə:> Oxu.az