Günahsız yerə 39 il həbsdə qaldı, milyoner oldu – VİDEO
ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub.
ANS PRESS-in məlumatına görə, ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib.
Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Rikki Ceksona 1 milyon dollar təzminat ödəyəcək.
Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub:
“Vaov! Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib.
59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi.
Mənbə:> ANSPRESS