Bakıda kafe partladı, 2 nəfər həlak oldu, daha 2 nəfərin bədəni 100 faiz yandı – VİDEO
Əməkdaşımız İnarə Rafiqqızı partlayış baş vermiş və azı iki nəfərin ölümünə səbəb olmuş kafenin yerləşdiyi, işlənmiş avtomobil ehtiyat hissələrinin satıldığı keçmiş avtobaza ərazisində işləyən daha bir nəfərlə söhbətləşib.
Həmin şəxs adının çəkilməməsi şərti ilə deyib ki, işlənmiş ehtiyat hissələri satılan bu bazarın sahibi naxçıvanlıdır, partlayış baş verən kafeni isə hamının “şəkili” kimi tanıdığı yaşlı kişi işlədirdi. “Hamımız ona “şəkili” deyirdik, axsaq kişidir, bazarda işləyənlərə çayniki 1 manata ucuz çay paylayırdı, onun kafesindən həmişə qaz iyi gəlirdi”-həmin şəxs deyib.
* * *17:09
Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov isə bildirib ki, xəsarət alanların vəziyyətləri kritik ağırdır.
O bildirib ki, 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova bütün bədən sətlərinin yanığı diaqnozu ilə şöbəyə gətirilib: “Onlar III və IV dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hazırda reanimasiyadadırlar. Xəstələrin yaraları infuziya edilərək sarğı olunub, sistem qoşulub və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin buna baxmayaraq hər iki yaralının vəziyyəti çox ağırdır. Bədən səthlərinin demək olar ki, 100 faiz hissəsi və tənəffüs yolları yanıb”.
* * *17:03

Şahidlərin bildirdiyinə görə hadisə nətiəsində yaralananların vəziyyəti olduqca ağırdır, onlar ağır yanıq xəsarətləri alıblar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı təsdiqləyirlər,
Əməkdaşımız onu da xəbər verir ki, həlak olanların meyitləri hələ ərazidədir, onları “Qazel” markalı avtomobilə yükləyib aparmağa hazırlaşırlar. Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərə açıqlama vermir. Ancaq bazarda işləyənlərdən birinin dediyinə görə söhbət yanğın təhlükəsizliyi normalarının kobud şəkildə pozulması nəticəsində baş vermiş hadisədən gedir. Çünki hadisə baş verən kafe-çayxana yüngül taxta konstruksiyalardan tikilib və orada kustar üsulla quraşdırılmış propan balonu istifadə olunub.
* * *16:46
Əməkdaşımız İnarə Raffiqızı hadisə yerindən xəbər verir ki, şahidlərin bildirdiyinə görə partlayışa səbəb kafenin mətbəxində quraşdırılmış propan balonudur. Ölənlərdən biri isə kafedə işləyən qadındır. O, kafe sahibinin qardaşının həyat yoldaşıdır. Hazırda kafenin yerləşdiyi əraziyə giriş qadağandır, polislər hadisə yerində işləyir, jurnalistlərə məlumat verilmir.
Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb. Məlumata görə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
* * *16:25
Bakıda, "Elit" ticarət mərkəzinin yaxınlığında kafedə baş vermiş partlayış nəticəsində çoxsaylı yaralıların olduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə partlayış qaz sızmasından baş verib, həmin vaxt kafedə xeyli müştəri olub. Əməkdaşlarımız təfərrüatları araşdırmaq üçün hadisə yerinə yollanıblar. Yaxın dəqiqələrdə əlavə məlumat verməyə çalışacağıq.
* * *15:58
Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.
Məlumata görə, ölən şəxslərin meyitləri tanınmaz haldadır.
Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.
* * *15:44
Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.
“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.
Hazırda yaralılar “Təcili yardım”la xəstəxanaya aparılır.
Mənbə:> Virtualaz.org