Azərbaycan mavilərə və lesbiyanlara ən dözümsüz ölkədir
Lesbiyanların, mavilərin, biseksualların, transgenderlərin və interseks-insanların Beynəlxalq Assosiasiyasının Avropa bölməsi qomofobiya reytinqini dərc edib.
Virtualaz.org bildirir ki, reytinqdə Azərbaycan son - 49-cu yeri tutub.
Reytinq altı parametr üzrə tərtib edilib: bərabərlik və qeyri-diskriminasiya, ailə qurmaq imkanı, düşmənçilik dilinə qadağa, cinsin dəyişdirilməsi imkanı və hüquqi statusun tanınması, vətəndaş cəmiyyətinin hissəsi olmaq imkanı və mavilərə, lesbiyanlara, biseksuallara, transgenderlərə və interseks-insanlara sığınacağın verilməsi.
Beləliklə, başqa Avropa ölkələri ilə müqayisədə Azərbaycanda mavilərə və lesbiyanlara dözümsüzlük səviyyəsi çox yüksəkdir. Ermənistan, Moldova, San-Marino, Rusiya, Monako və Türkiyə də Avropa ölkələri arasında ən qomofob ölkələr hesab edilirlər.
Mənbə:> Virtualaz.org