Sumqayıtda polis hərəkətə keçdi və 30-dan çox.. – VİDEO
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlerində növbəti reyd keçirib.
Xeberle.com-un verdiyi məlumata görə, müxtəlif qayda pozuntularına yol verən, elecə də təyin olunmuş cərimələri və elektron protokollar üzrə ödəmələri etməyən, sərxoş halda avtomobil idarə edən, dayanacaqdan kənarda saxlayıb sərnişin mindirib-düşürən sürücülər saxlanılıb. Bununla yanaşı yoxlamalar zamanı istismara yararsız nəqliyyat vasitələri də aşkarlanıb. Reyd zamanı avtomobillərə əlavə konstruksiyalar quraşdıran sürücülərə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə də rast gəlinib. Qanunun tələblərinə riayət etməyən sürücülər cərimələnib.
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları vətəndaşlara müraciət edərək yol hərəkəti qaydalarına riayət etməyə çağırıb və bu kimi reydlərin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, reyd zamanı 30-dan çox avtomobil saxlanılaraq cərimə olunub.
Mənbə:> Xeberle.com