Tovuzda özünü yandırıb öldürən 3 uşaq anasının dramı
Ötən gün Tovuzun Cəlilli kəndində özünü yaşadığı evin damında yandırıb öldürən qadının-üç uşaq anası Şahnaz Məmmədovanın intiharı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə virtualaz.org-a Tovuz rayon prokurorluğundan məlumat verilib. Məlumata görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmə tibbi ekspertizası təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Prokurorluqdan intiharın motivi barədə hər hansı məlumat verməyiblər. Xəbərlərdə isə kənd sakinlərinə istinadən belə deyilirdi ki, hansısa yoluxucu xəstəlikdən əziyyət çəkən qadın çıxış yolunu özünü öldürməkdə görüb.
Lakin virtualaz.org Tovuz sakinlərindən bunu öyrənə bilib ki, deyilənlərə görə Ş.Məmmədova xərçəng xəstəsi olub. Habelə onun həyat yoldaşı uzun illər məhkumluq həyatı yaşayıb. Bu cür dəhşətli intihar üsulu seçib canına qıyan və 3 uşağını yetim qoyan qadının yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Mənbə:> Virtualaz.org