Bakıda qadın kişini evinə çağırdı, daha sonra şantaj etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Bakıda qadın kişini evinə çağırdı, daha sonra şantaj etdi – VİDEO

Bakıda qadın kişini evinə çağırdı, daha sonra şantaj etdi


Bakıda qadın yeni tanış olduğu şəxsi hədələyib.

BiG.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır.


Mənbə: Big.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *