Qız adı ilə evinə çağırdı, amma...
Bakıda kişi özünü qadın kimi qələmə verərək quldurluq etdi.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 9-da özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən Atamoğlanovu paytaxtın Nizami rayonu ərazisində kirayədə yağdığı evə dəvət edib.
Orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb.
Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini Qismət Soltanov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS