Bakıda toyxanalar ətrafa buraxdıqları kabab tüstüsünə görə "yanacaq"
Şadlıq sarayları və restoranlardan ətrafa tüstü buraxılır. Bununla bağlı son vaxtlar nazirliyə sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xüsusilə şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort hissi yaradır.
Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, iaşə müəssisələrinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında araşdırma aparılır:
“Bu obyektlərin insanların ehtiyacını ödədiyini, insanlara xidmət etdiyini nəzərə alırıq. Lakin bir qisim insanın rahatlığı digər insanların hüquqlarını pozmamalıdır. Çünki bir sıra ürək-damar sistemi xəstəliklərində bu, narahatlıq hissi yaradır. Həmin obyektlərin fəaliyyəti və insanların rahatlığı arasında ziddiyətləri aradan qaldırmaq üçün sözügedən müəssisələrdə müvafiq cihazların quraşdırılması təklif edilir. Ümid edirik ki, sahibkarlar bu məsələyə ciddi yanaşacaqlar və tədbirlər görüləcək”.
Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli zərərli qaz birləşmələrindən hava nümunələri götürüldüyünü bildirib.
“Şadlıq evləri ətrafında yoxlamalar aparılır. Şadlıq evlərində müasir avadanlıqların qurulması üçün bu iaşə obyektləri sahibləri sahiblərinə müvafiq məktublar göndərilib”.
Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov Yanma məhsullarının miqdrı normadan dəfələrlə çox olub.
“Karbon monooksidin miqdarı 12, kükürddördoksidin miqdarı normadan 4 dəfə çox müşahidə edilib. Bu iaşə obyektərində istifadə eidlən avadanlıqlar yenilənərsə, karbon monooksidin miqdarı tamamilə azala bilər”.
İ.İbrahimova bildirib ki, qarşıdan ramazan bayramı gəlir restoran sahibləri bundan istifadə edib, lazımı filtirləri quraşdırmaları tövsiyə edilir.
Mənbə:> Virtualaz.org