Dəhşət! 20 il davam edən zorlama
Türkiyənin Zonquldaq vilayətində əqli üzrlü olan 45 yaşlı kişi A.A. 20 il müddətində bəzisi öz qohumu olan 10 nəfərin təcavüzünə məruz qalıb.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə A.A.nın təcavüzçülərdən biri tərəfindən döyülərək xəstəxanaya düşməsindən sonra məlum olub. A.A. polisə verdiyi ifadədə 20 ildir məhəlləsində bəzi şəxslər tərəfindən zorlandığını deyib.
A.A.nın ifadəsi ilə onun qohumları olan E.A., K.G., F.A., F.D., V.Ç., C.Ç., C.D., C.A., H.D. və S.A. polis tərəfindən saxlanılıb.
Daha sonra məhkəməyə çıxarılan şübhəlilərdən bəzisi ittihamları qəbul etməyib, bəzi şübhəlilər isə A.A.nın öz razılığı ilə onunla cinsi münasibətdə olduqlarını deyiblər.
Şahid ifadələrinə müraciət etmək üçün məhkəmə təxirə salınıb.
Mənbə:> ANSPRESS